AZ

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb - FOTOLAR

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin tədbirin bağlanış mərasimində iştirak edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm, böyük aktuallıq daşıyan mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

S.Qafarova mərasim çərçivəsində CAR Milli Assambleyasının sədri Toko Didiza, Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça ilə görüşüb. Görüşlərdə G20 Sammitinin və orada müzakirə edilən məsələlərin vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

CAR Milli Assambleyasının sədri Toko Didiza Sahibə Qafarovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirib. Milli Məclisin sədri də bu sammitin yüksək səviyyədə təşkilinə və Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə görə CAR Milli Assambleyasının sədri Toko Didizaya minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib.

Seçilən
19
7
sia.az

8Mənbələr