UEFA Avropa Liqasının 2-ci turunda "Fənərbaxça" öz meydanında Fransa təmsilçisi "Nitsa"nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə sarı-göylər turnirdə ilk 3 xalı qazanıb. Oyunda "Fənərbaxça"nın hər iki qolunu Kərəm Aktürkoğlu vurub.
News24.az xəbər verir ki, fransız mətbuatı oyundan sonra "Fənərbaxça"nı tərifləyib, "Nitsa"nı isə sərt tənqid edib.
"Le Figaro" qəzeti yazıb ki, "Nitsa" Avropa səhnəsində yenə uduzur və ötənilki kabus təkrarlana bilər.
Bu nəticə ilə "Nitsa" turnir cədvəlində hələ də sıfır xalla son sırada qalır. "Fənərbaxça" isə qələbə ilə irəlilədi. Oyun sonrası türk mətbuatı Kərəm Aktürkoğlunu qəhrəman kimi təqdim edib.
Xeyrənsə Piriyeva