AZ

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

Cari ilin 2 oktyabr tarixində Azərbaycan Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı ilə “İnnovasiyalar və Süni İntellekt” mövzusunda Konfrans keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) “Poliqon”a verilən məlumata görə, tədbirdə dövlət-özəl sektorların nümayəndələri və sahə üzrə ekspertlər süni intellekt və rəqəmsal transformasiya üzrə müasir tendensiyaları, həmçinin innovativ həllərin tətbiq imkanlarını müzakirə ediblər

XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Qlobal Trendlər və İnnovasiya: Gələcəyin Planlaşdırılması” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib . O, çıxışında kibercinayətkarlıq və dələduzluq sahəsində süni intellektin yaratdığı yeni təhdidlər – səsin klonlanması, “deepfake” texnologiyaları və fərdiləşdirilmiş fişinq hücumları haqqında, , bizneslərin və fərdi şəxslərin bu risklərdən müdafiə mexanizmləri barədə ətraflı məlumat verib. Eləcə də, T.Məmmədov Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasınından irəli gələn tələblərə əsasən XRİTDX-nin dövlət qurumlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirməsi, o cümlədən dövlət qurumlarında süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Panelin əsas məqsədi süni intellektin inkişafı fonunda cəmiyyətə, texnologiyaya və iqtisadiyyata təsir edən qlobal dəyişikliklər haqqında  =tədbir iştirakçılarına məlumat verməkdən olub.

Seçilən
31
poliqon.az

1Mənbələr