AZ

Rusiya Kiyevi PUA-larla VURDU

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın genişmiqyaslı pilotsuz uçuş aparatları hücumunu dəf etdiyini açıqlayıb.

Məlumata görə, saat 23:00-dan səhər 07:00-a qədər Rusiya hava hücumundan müdafiə sistemləri ümumilikdə 20 dronu vurub. Onlardan dördü Voronej, üçü Belqorod, biri isə Kursk vilayəti üzərində məhv edilib. Krım üzərində üç pilotsuz aparat sıradan çıxarılıb, daha doqquzu isə Qara dəniz səmasında vurulub.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Çuvaşiya, Krasnodar və Perm diyarlarında da PUA təhlükəsi ilə bağlı hava həyəcanı elan olunub.

Seçilən
7
veteninfo.az

1Mənbələr