AZ

İlin ən yaxşısı seçilən futbolçu: Təkcə bu kuboku alabilməmişəm

BAKI, 3 oktyabr. TELEQRAF

“Minifutbola gələrkən əldə oluna biləcək bütün titulları qazanmışam. Təkcə Avropa çempionu ola bilməmişəm. Düzdür, Azərbaycan millisi Avropa çempionu olub, amma mən o heyətdə olmamışam. Hazırda əsas hədəfim bu kubokdur”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının minifutbolçusu Təmkin Xəlilzadə deyib.

32 yaşlı futbolçu 2025-ci ilin ən yaxşısı seçilməsini karyerasında böyük hadisə adlandırıb: “İlin futbolçusu seçilmək hər kəsə nəsib olmur. Belə mükafatlar həqiqətən də əlavə motivasiyadır. Çünki gözləntilər də çoxalıb. Kim məni layiq görübse, təşəkkür edirəm. Yəqin ki, düzgün seçim ediblər. Bundan sonra da daha yaxşısını etmək üçün əlimizdən gələni edəcəyik. Ötən mövsümü karyeram üçün uğurlu saymaq olar. Milli komanda ilə azarkeşlərimizin önündə dünya çempionu olduq”.

Xəlilzadə qarşıdakı hədəflərindən də söz açıb: “Yerimizdə durmaq deyə bir şey yoxdur. Azərbaycan və dünya çempionu olmuşam, Çempionlar Liqasını qazanmışam. Amma bunları əldə etməklə yanaşı, qoruyub saxlamaq da lazımdır. Bundan sonra gözləntilər daha da artır. İldən-ilə inkişaf etmək, yeni titullar qazanmaq istəyirik”.

Qeyd edək ki, Təmkin Xəlilzadə Azərbaycan millisi ilə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olub.

Seçilən
13
teleqraf.com

1Mənbələr