AZ

2 milyon manatlıq qalmaqal Əbülfəz Babayev barışdı və proses bitdi

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Olympus Şirkətlər Qrupu”nun rəhbəri Əbülfəz Babayevin 2 milyon yarım manatını ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəmə araşdırması başa çatıb.

Mia.az “Qafqazinfo”ya istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib. Ə.Babayevlə təqsirləndirilən şəxslər arasında barışıq əldə olunub. 

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası zərərçəkmişə dəymiş ziyanın ödənilməsini yumşaldıcı hal kimi nəzərə alıb. Bu səbəbdən müttəhimlərin həbsdə qalmalarına zərurət görünməyib.

Hökmə əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Onlar hər biri məhkəmə zalıdan azadlığa buraxılıblar.

Qeyd edək ki, Əliyar Abbasovun rəhbərlik etdiyi dəstə üzvləri polis tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar iş adamı Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndiriliblər. İstintaq materiallarında yazılıbr ki, Əliyar Abbasov ARB Televiziyasının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağa söz verib. Ondan 100 min manat beh alıb. O, sonradan qohum və tanışlarını cinayətkar iş birliyinə cəlb etməklə zərərçəkmişin xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Əbülfəz Babayev Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxs kimi tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
mia.az

3Mənbələr