AZ

Bakıda IV Ənənəvi Minifutbol Turniri davam edir

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.

Apasport.az xəbər verir ki, oktyabrın 4-də və 5-də A-D-C-B qrupları üzrə qarşılaşmalar olacaq.

Şənbə günü saat 22:00-da A qrupunda “APA”  “Baku WS”,  saat 23:00-da isə D qrupunda “Baku TV” “AZƏRTAC” ilə gücünü yoxlayacaq.

Bazar günü isə C və B qrupları üzrə saat 22:00-da  “Yurd.Media” “Zəfər 44”ü, saat 23:00-da “Vətən” isə “Veteranlar”ı qəbul edəcək.

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

B qrupu 23:00 – “Baku TV” – AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd.Media” – “Zəfər 44”

D qrupu 23:00 – “Vətən” – “Veteranlar”

Qeyd edək ki, Saat 22:00-da və saat 23:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.

“Araz-Naxçıvan” “İmişli”yə qarşı - YENİLƏNİR

"Neftçi" "Zirə" ilə matça itkisiz çıxacaq - FOTO

"Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə

“Neftçi” dayanmır: Abubakardan sonra o da komandaya gəlir

Azərbaycan və Özbəkistan birgə dünya çempionatına ev sahibliyi edəcəklər

Seçilən
27
apasport.az

1Mənbələr