AZ

Sım kəndində infrastruktur və turizm layihələri icra olunur

ASTARA, 3 oktyabr. TELEQRAF

Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirlər əsasən Sım kəndinin infrastrukturunun inkişafına və turizm potensialının artırılmasına yönəlib.

Teleqraf-ın Astaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında bildirib.

“Müşahidələr və apardığımız sorğular göstərir ki, əhali bu prosesdə fəal iştirak etməyə maraqlıdır. Artıq kənddə təndir evi və sanitar qovşağı istifadəyə verilib, 32-dən çox məlumatverici lövhə quraşdırılıb. Kəndin yolu müəyyən qədər təmir edilib, növbəti mərhələdə isə daxili yolların bərpası nəzərdə tutulur”, – deyə qurum rəsmisi bildirib.

O əlavə edib ki, cari ildə Agentliyin qrant müsabiqəsi çərçivəsində iki layihə icra olunur: “Bunlardan biri nümunəvi arıçılıq təsərrüfatının yaradılması, digəri isə satış köşkünün hazırlanmasıdır. Gələcəkdə açıq hava muzeyinin binası, piknik əraziləri və uşaqlı turistlər üçün oyun meydançasının inşası da planlaşdırılıb. Bütün bu layihələr Turizm Agentliyinin maliyyələşdirməsi hesabına həyata keçiriləcək”.

Seçilən
53
teleqraf.com

1Mənbələr