AZ

Türkiyədə İsrailə casusluqda təqsirləndirilən şəxs saxlanıldı -VİDEO

Türkiyədə İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat xidməti olan MOSSAD-a casusluq etməkdə təqsirləndirilən Serkan Çiçək saxlanılıb.

 

Əsl adı Məhəmməd Fatih Keleş olan Serkan Çiçekin İsrailin Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqədə olduğu müəyyən edilib.

 

O, İsrailə qarşı çıxan bir Fələstin fəalına qarşı İsrail üçün casusluq fəaliyyətlərini etiraf edib.

 

Ətraflı videomaterialda:

Seçilən
16
9
senzor.az

10Mənbələr