AZ

Azərbaycan kartof ixracını artırıb

2025-ci ilin səkkiz ayında Azərbaycan 70 916 ton kartof ixrac edib. Bu həcmdə ixracın statistik dəyəri 28,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

İxrac göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib. 2024-cü ilin ilk 8 ayında 48 234 ton kartof ixrac olunmuş, ixrac dəyəri isə 20,47 milyon dollar olmuşdu.

Yeni göstəricilər üzrə:

2025-ci ilin kartof ixracı ümumi ixracın 0,17%-ni, 2024-cü ildə isə 0,11%-ni təşkil edib.

Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixracında meyvə-tərəvəz sektoru üstünlük təşkil edir. Son illərdə kartof ixracında müşahidə olunan artım istehsal gücünün genişlənməsi və bazar şaxələndirilməsi ilə əlaqələndirilir.

Gülnar 

 

Seçilən
19
anews.az

1Mənbələr