QHT.az xəbər verir ki, Yer getdikcə daha az günəş işığını əks etdirir ki, bu da iqlim dəyişikliyini anlamaqda mühüm rol oynayır. NASA-nın baş radiasiya elmi texnoloqu Dr. Norman Loebin rəhbərlik etdiyi tədqiqat qrupu 2001–2024-cü illəri əhatə edən 20 illik analiz aparıb və planetin albedosunda (səth əks etdirmə ölçüsündə) azalma aşkar edib.
Alimlər bildiriblər ki, bu azalma xüsusilə Şimal yarımkürəsində nəzərə çarpır. Cənub yarımkürəsi radiasiya enerjisi qazanır, Şimal yarımkürəsi isə xalis itki ilə üzləşir. Yarımkürələr arasında günəş radiasiyasındakı balanssızlıq atmosfer dəyişiklikləri və okean sirkulyasiyası ilə tam tarazlaşdırıla bilmir.
Tədqiqatçılar qeyd edirlər ki, bu “qaralma” dəniz buzlarının və qar örtüyünün azalması ilə bağlıdır. Buz və qar səthləri günəş radiasiyasını əks etdirir; əridikcə, su və qayalar daha çox işığı udur və Yerin ümumi enerji balansını azaldır.
R.İmanov