ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“ABŞ və Finlandiyanın xüsusi təyinatlı bölmələri Rusiya ilə potensial müharibəyə hazırlaşmaq üçün təlimlər keçirib”,
Globalinfo.az xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.
“Son bir neçə həftə ərzində NATO-ya üzv olan doqquz ölkədən 1600-dən çox hərbçi Rusiya sərhədindən bir neçə mil aralıda yerləşən şimal Arktikaya gəlib. Onlar döyüş bacarıqlarını artırmağa başlayıblar”, – deyə bildirilib.
Qeyd olunub ki, Finlandiya Silahlı Qüvvələrinin sayı sülh dövründə 30 min nəfərdirsə, müharibə dövründə bu rəqəm on dəfə arta bilər.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.