AZ

İngiltərə Kilsəsinin rəhbərliyinə tarixdə ilk dəfə qadın seçilib - Yenilənib

İngiltərə Kilsəsinin rəhbəri tarixdə ilk dəfə olaraq qadın seçilib...

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Sarah Mallalli bu gün yeni Kenterberri arxiyepiskopu təyin olunub və bununla da 85 milyonluq anqlikan icmasını birləşdirən İngiltərə Kilsəsinin rəhbəri seçilmiş ilk qadın olub.

63 yaşlı Mallalli 2018-ci ildə London yepiskopu təyin olunmuşdu – bu, İngiltərə Kilsəsində Kenterberri və York arxiyepiskoplarından sonra üçüncü ən yüksək yepiskop rütbəsidir. Ruhani olmasından əvvəl Mallalli Londonda xəstəxanalarda tibb bacısı kimi çalışıb və sonradan İngiltərənin baş tibb bacısı və Milli Səhiyyə Xidmətində pasiyent təcrübəsi üzrə direktor vəzifələrində işləyib.

Onun arxiyepiskopluğa yüksəlməsi yalnız sabiq lider Castin Uelbiyin dövründə edilən islahatlar sayəsində mümkün olub.

***

Böyük Britaniya Kilsəsinə rəhbərliyə tarixdə ilk dəfə namizədlər arasında qadınlar da var.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniya bu gün bütün dünyada 85 milyonluq anglikanlar birliyinin ana kilsəsi olan İngiltərə Kilsəsinə rəhbərlik edəcək yeni Kenterberi arxiyepiskopunun adını elan edəcək. Tarixdə ilk dəfə olaraq qədim tarixi olan dini quruma qadın rəhbərlik edə bilər.
Kilsənin keçmiş lideri Castin Uelbinin dövründə aparılan islahatlar qadınların yepiskop təyin olunmasına yol açdı. Bu dəyişiklik artıq qadının İngiltərə Kilsəsinin ən yüksək rütbəli yepiskopu vəzifəsini tutmasını mümkün edir.

Poliqon.info

Seçilən
16
6
poliqon.info

9Mənbələr