Bakı. Trend:
Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndiərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lilaxını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkəthissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətindəmüəyyən çətinliklərə səbəb olub.
Trend xəbərverir ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlbedilib.
Agentlikdən bildirilib ki, görülən operativ tədbirlərnəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindəntəmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davametdirilir.
Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lilvə palçıq axınınəticəsində yolun hərəkət hissəsinin çirklənməsihalları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir haldaAgentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindənoperativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez birzamanda bərpa olunur.