AZ

Rusiyada daha bir neft emalı zavodu vuruldu Video

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Orenburq vilayətində yerləşən və aparıcı neft emalı müəssisələrindən biri olan “Orsknefteorqsintez” zavodu PUA hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücumdan sonra zavod ərazisində fövqəladə vəziyyət elan olunub, bütün əməkdaşların təxliyəsi həyata keçirilir.

Zərərin miqyası və hücumun nəticələri dəqiqləşdirilir. Zavodun illik emal gücü 6 milyon ton təşkil edir.

Qeyd edək ki, zavod Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
axar.az

10Mənbələr