AZ

Dövlət Satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülür - Agentlik sədri

Bakı. Trend

Azərbaycanda Dövlət Satınalma haqqında qanunvericiliyintəkmilləşdirilməsi istiqamətində işlər görülür.

Trend xəbərverir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli RəqabətForumunda deyib.

Onun sözlərinə görə, toplanılan təcrübə əsasında mövcudqanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır vəbu proses vaxt tələb edir.

Agentlik sədri bildirib ki, 2024-cü ilin yanvarın 1-dən qüvvəyəminən “Dövlət satınalmaları haqqında” qanun çərçivəsindətənzimləyici orqan kimi artıq müəyyən təcrübə qazanılıb:

“Həm təcrübəçi şirkətlərdən, həm də satıcı şirkətlərdən geridönüşlər alınıb. Qanun gündəlik həyatımızda yaşayan birorqanizmdir. Onun normalarının mövcud situasiyaya uyğunolub-olmamasını yalnız təcrübə göstərir. Bu təcrübə artıqagentlikdə formalaşıb”.

E. Bağırov vurğulayıb ki, bu təcrübəni genişləndirmək üçünhazırda beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Seçilən
37
az.trend.az

1Mənbələr