AZ

Rusiya və ABŞ arasında mühüm danışıqlar başlayıb...

Rusiya və ABŞ yeni irimiqyaslı məhbus mübadiləsi ilə bağlı danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “İnsayder” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb.

“Bu müzakirələrin təşəbbüskarı Tramp administrasiyasıdır, çünki ABŞ prezidenti Ukraynadakı münaqişənin həlli üzrə danışıqların uğursuzluğu fonunda Rusiya cəbhəsində ən azı bəzi uğurlar nümayiş etdirmək istəyir”, - mənbə bildirib.

Məlumata görə, Rusiya müxalifət nümayəndələrinin, eləcə də xarici vətəndaşların ABŞ və Avropa həbsxanalarında saxlanılan, rus kəşfiyyatı ilə əməkdaşlıqda və Moskvanın maraqlarına uyğun kriptovalyuta alveri ilə bağlı cinayətlərdə təqsirli bilinən Rusiya vətəndaşlarına dəyişdiriləcəyi gözlənilir.

“Mübadilənin dəqiq tarixi bilinmir. Amma ABŞ hakimiyyəti bunun ilin sonuna kimi baş tutmasını çox istəyir”, - məlumatda qeyd olunub.

Seçilən
2
1
axar.az

10Mənbələr