Belçikanın Elzenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
APA xəbər verir ki, bu barədə VRT telekanalı məlumat verib.
Məlumata görə, daha sonra həmin PUA-lar Almaniyanın hava məkanına daxil olublar.
“Hazırda dronların mənşəyi və onların kim tərəfindən idarə olunduğu məlum deyil”, - telekanal bildirib.
Elzenborn bazası Belçika ordusunun təlim düşərgəsi kimi fəaliyyət göstərir və burada hərbçilərin atıcılıq hazırlığı, eləcə də PUA-ların sınaqları keçirilir.
Qeyd edək ki, daha əvvəl Almaniya üzərində PUA-ların aşkar edilməsi səbəbi ilə Münhen hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.