AZ

Monqolustandan gətirilən ətlə bağlı müəmma: ucuz olmasının səbəbi bu imiş

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illər Azərbaycana müxtəlif ölkələrdən gətirilən ət məhsullarının həcmi artır. Xüsusilə də Monqolustandan idxal edilən qoyun əti diqqət çəkir. Belə ki, təkcə keçən il ölkəyə 391 ton bu növ ət gətirilib. Ətin ucuz qiymətə başa gəlməsi ilk baxışda cəlbedici görünsə də, onun əldə olunma və emal prosesi, həmçinin saxlanma və satış şəraiti bir sıra ciddi suallar doğurur. Bildirilir ki, Avropa İttifaqı (Aİ) belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir.

Monqolustandan 5-6 manata alınan qoyun əti niyə Azərbaycanda 22-23 manata satılır?  

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, 1000 (bir min) monqol tuqrikinin manata münasibətdə məzənnəsi orta hesabla 0.47 manatdır.

“Qoyun ətinin Monqolustanın yerli bazarlarında pərakəndə satış qiyməti 12000 və ya 13500 tuqrikdir. Bu da o deməkdir ki, məhsulun 1 kiloqramının Azərbaycan manatına uyğun olaraq qiyməti 5,64  və 6,40 manat arasında dəyişir. Heyvandarlıq monqol xalqının əsas məşğuliyyətidir. Dünyanın çox ölkələri, eləcə də qardaş Türkiyə də Monqolustandan xırdabuynuzlu heyvanlar idxal edir. Burada hətta valideynlər yeni qurulmuş ailəyə 1000 qoyun hədiyyə verirlər”.

Elçin Qurbanov

İqtisadçı qeyd edib ki, ixrac edilən heyvanlar qida təhlükəsizliyi qaydalarına uyğun olaraq yoxlanılır, laborator analizlər götürülür və müvafiq qaydada sənədləşdirilir:

“İxrac məqsədilə kəsim prossesi isə islam dininin qaydalarına uyğun şəkildə ən yüksək gigiyenik prosedurlara riayət olunmaqla həyata keçirilir. Qiymətlərin aşağı olması qətiyyən xəstəliklərlə əlaqəli deyil. Qeyd edim ki, xırdabuynuzlu heyvanların əti bizim yerli heyvanların ətindən daha yağlıdır. Keyfiyyət göstəriciləri isə digər istehsalçı ölkələrin məhsullarından aşağı deyil. O ki qaldı Avropanın bu məhsulları ölkə ərazisinə buraxmamasına, bu məsələni keyfiyyət anlayışı ilə əlaqələndirmək olmaz. Əvvəla Avropanın ən çox tükətdiyi donuz ətidir. Sözügedən ölkələrdə qoyun ətinin kiloqramı keyfiyyətindən asılı olaraq  10-25 avro arasında dəyişir. Donuz əti qoyun və mal ətindən daha ucuzdur. Lakin etiraf etmək lazımdır ki, Avropa kənd təsərrüfatına xeyli merkantil (qazanca meyilli) yanaşır. Yerli istehsalı kənar rəqabətdən qorumaq üçün yalnız qanun deyil, ictimai təfəkkür də bu istiqamətə köklənib. Buna baxmayaraq, bəzi Avropa ölkələri sənaye məqsədləri üçün Monqolustandan quyruq və ət idxal edirlər”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
globalinfo.az

1Mənbələr