AZ

Astaranın Sım kəndində aqroturizm və arıçılıq inkişaf etdiriləcək

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində bildirib. Tədbir Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndində keçirilib. Onun sözlərinə görə, layihələr kəndin turizmə inteqrasiya olunmasına və Sım kəndində turizm infrastrukturunun, eləcə də icma iştirakçılığının inkişafına xidmət edir: "Bu təşəbbüslər Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir və kəndin turizm potensialını genişləndirməyə yönəlib". O qeyd edib ki, kənd yerlərində məşğulluğun artırılması məqsədilə DTA ilə müvafiq dövlət qurumlarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə qonaqlama xidməti göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin olunub, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib və yerli bələdçilər hazırlanıb. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azvision.az

3Mənbələr