AZ

Sərsəng su anbarında 19,7 milyon manatlıq təmir işləri aparılacaq

Bakı. Trend:

Sərsəng su anbarında təmir və bərpa işləri aparılacaq.

Trend-inməlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununlabağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda su anbarında təmir və bərpa işlərini icra edəcəkşirkəti müəyənləşdirir.

Sözügedən işlərin icrasının 19,722 milyon manata başa gələcəyiproqnozlaşdırılıb.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olanTərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olansu anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndinhündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng suanbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax vəGoranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazisuvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan suelektrik stansiyası tikilib.

Seçilən
13
7
az.trend.az

8Mənbələr