AZ

Yayda Sım kəndinə 2 min turist səfər edib

2025-ci ilin üç ay ərzində Astaranın Sım kəndinə təxminən 2 000 turistin səfər edib.. Bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov anews.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə son üç ildə xarici və yerli turislərin sayında min nəfər artım qeydə alınıb.

Sım-da  təxminən 800 nəfər əhali yaşayır.

“Hazırda kənd əhalisinin məşğulluq qabiliyyətinin artırılması, həmçinin agroturizm təsərrüfatlarının yaradılması üzrə vəsaitlər hazırlanır", –  Cavadov 3 oktyabrda təşkil olunmuş mediatur zamanı bildirib.

Rəsminin sözlərinə görə, Sım kəndində olduğu kimi, Azərbaycanın digər kəndlərində də turizm infrastrukturunun yaxşılaşdırılması üçün dövlət proqramları çərçivəsində layihələr həyata keçirilir.

“Hazırda layihələndirmə mərhələsində olan kəndlər arasında Qusarda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca və Qaxda İlisu kəndləri var", – Cavadov əlavə edib.

Son illərdə Azərbaycan Dövlət Turizm Agentliyi regional turizm marşrutlarının şaxələndirilməsi və kənd turizminin stimullaşdırılması məqsədilə infrastruktur və məşğulluq yönümlü layihələr həyata keçirir. Agroturizm, ekoturizm və yerli mədəni irsə əsaslanan turlar vasitəsilə bölgələrə səfər edən turistlərin sayında artım müşahidə olunur.

Aytac Zeynaova 

Seçilən
9
1
anews.az

2Mənbələr