AZ

"İlk qolu biz vura bilsək..." - Yadullayev problemi bilir, çarəsini tapmır

MOİK-in baş məşqçisi İlham Yadullayev komandasının mövsümün startındakı uğursuzluğunun səbəbini müəyyənləşdirib. Sadəcə, problemdən çıxış yolunu tapmaqda çətinlik çəkir.

49 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında komandasının "Şəfa"ya məğlubiyyəti və ilk 4 turdakı zəif nəticələri ilə bağlı danışıb:

"Konkret, son oyundan danışsaq, liderə qarşı yaxşı hazırlaşmışdıq. "Şəfa" həm müdafiədə etibarlı, həm hücumda məhsuldar oynayan komandadır. Təsadüfi deyil ki, əvvəlki üç oyunda qapılarını toxunulmaz saxlayıb 9 dəfə fərqlənmişdilər. Onlara ilk qolu biz vurduq. Ancaq 1:1-dən sonra qırmızı vərəqə almağımız müqavimətimizi zəiflətdi. Sistemdə dəyişiklik edib ikinci hissəyə müdafədən başlasaq da, kobud fərdi səhvlərdən qollar buraxdıq və hesab belə böyük alındı. 
Yaxşı oyun, dominant futbol sərgiləyirik. Hücum futboluna üstünlük veririk. Ancaq rəqiblər bizi əks-hücumlarda cəzalandırırlar ki, bundan çıxış yolu tapa bilmirik. İlk qolu biz vura bilsək, uşaqlarda özünəinam yaranar və üstünlüyümüzü qoruya bilərik. Ancaq hər dəfə ilk qolu buraxırıq, oyunu xilas etmək üçün irəli atılırıq, bu, arxada ciddi boşluqlara yol açır".  

Qeyd edək ki, MOİK 5-ci turda sonuncu pillədə qərarlaşan "Cəbrayıl"la qarşılaşacaq. Oyun oktyabrın ortalarında keçiriləcək. 

Mirağa

Seçilən
82
fanat.az

1Mənbələr