AZ

Mançesterdəki terroru törədənin kimliyi açıqlandı

Britaniya polisi dünən Mançesterdə sinaqoqda insanlara hücum edən şəxsin kimliyini açıqlayıb.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Cihad aş-Şami adlı Suriya əsilli Britaniya vətəndaşı olduğu bildirilib.

35 yaşlı həmin şəxs əməliyyat zamanı zərərsizləşdirilib.

Hadisədə iştirak etməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb. Onlardan ikisi kişi, biri qadındır.

Xatırladaq ki, oktyabrın 2-də naməlum şəxs ilk olaraq avtomobilini izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ətrafdakı insanlara hücum edib. İnsident zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Böyük Britaniya rəhbərliyi hadisəni terror aktı olaraq qiymətləndirib.

Ölkənin Baş naziri Kir Starmer hadisəyə görə Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitini vaxtından əvvəl tərk edib və Britaniyaya qayıdıb.

 

Seçilən
12
3
tribunainfo.az

4Mənbələr