AZ

“Avropa Birliyi Rusiyadan daha güclüdür, amma lider dövlət yoxdur” - Politoloq

“Avropa Birliyi Rusiyadan daha güclüdür, amma lider dövlət yoxdur”

News365.az xəbər verir ki, politoloq Anar İsayev Avropa Birliyinin mövcud vəziyyətini Rusya–Ukrayna müharibəsi kontekstində şərh edib.

Onun sözlərinə görə, iqtisadi güc, əhali sayı və hərbi sənayeyə ayrılan vəsait baxımından Avropa Birliyi Rusiyadan qat-qat üstün olsa da, birlik daxilində lider dövlət çatışmazlığı müşahidə olunur:

“Avropada 400 milyon nəfərə yaxın əhali var, Rusiyada isə bu rəqəm 130 milyondur. İqtisadi gücə və hərbi sahəyə ayrılan vəsaitə görə də Avropa müqayisə olunmaz dərəcədə üstündür. Lakin Avropanı birləşdirən lider yoxdur. Qismən Viktor Orbanın bu fikirləri ilə razılaşıram. Çünki Böyük Britaniya Avropa Birliyində olduğu dövrdə lider dövlət rolunu oynayırdı. Lakin Britaniya birlikdən çıxdıqdan sonra bu rolu Fransa və Almaniya bölüşməyə çalışdı, amma hazırda qərarlarda tam birlik yoxdur”, – deyə politoloq bildirib.

News365.az


Seçilən
4
news365.az

1Mənbələr