AZ

Telefonunuzu ictimai yerlərdə şarj etməyin – Pullarınız oğurlana bilər

İctimai yerlərdə telefonun şarj edilməsi təhlükəli ola bilər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, ticarət mərkəzlərində, hava limanlarında və digər ictimai yerlərdə smartfonların USB-portlar vasitəsilə şarj edilməsi təhlükəli ola bilər.

Bu barədə “Roskaçestvo”nun rəqəmsal ekspertiza mərkəzinin rəhbəri Sergey Kuzmenko açıqlamasında xəbərdarlıq edib.

Ekspert bildirib ki, əsas təhlükə USB-portun özündədir. Kiberhücümçülər şarj cihazına gizli avadanlıq quraşdıra bilər ki, bu avadanlıq flaş-disk və ya klaviatura kimi görünərək smartfona qoşulduqda zərərli proqram təminatının quraşdırılmasına və şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.

Kuzmenko qeyd edib ki, bu tip hücumlar xüsusilə uzun müddət təhlükəsizlik yeniləməsi almayan köhnə smartfonlar üçün təhlükəlidir. Təhlükənin əsas siqnalı kimi cihazın ekranında icazə və ya fəaliyyətə giriş sorğusunun görünməsi göstərilir.

Mütəxəssislər təhlükəsizlik üçün portativ enerji banklarından (powerbank) istifadə etməyi və proqram təminatını yeniləməyin vacibliyini tövsiyə edirlər.

Yəni, ictimai USB-portlar rahat olsa da, kiberhücüm riskini artırır. Telefonu şarj edərkən şəxsi vasitələrdən istifadə etmək daha təhlükəsizdir.

Seçilən
10
5
konkret.az

7Mənbələr