AZ

Bu mahnımız Ermənistanı qarışdırdı: Voskanyandan təşviş içində çağırış VİDEO

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Zəngəzur” mahnısı Ermənistanın bəzi dairələrində narahatlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, daim Bakıya qarşı aqressiv ritorikası ilə seçilən iranşünas Vardan Voskanyan sözügedən mahnı barədə isterik fikirlər yazıb.

O iddia edib ki, “Zəngəzur” mahnısında Ermənistan ərazisində çəkilmiş görüntülərdən istifadə olunub və Zəngəzur “qələbəyə aparan yolun son nöqtəsi” kimi təqdim olunub.

“Bu mahnıda nəinki Ağrı dağı xatırladılır, həm də Zəngəzur bölgəsi açıq şəkildə “növbəti hədəf” kimi təqdim olunur. Klipdə Ermənistan ərazisindən görüntülərin istifadəsi və verilən mesajlar narahatlıq doğurur”, – Voskanyan vurğulayıb.

Qeyd edək ki, “Zəngəzur mahnısı”nın müəllif heyətinə tanınmış sənətçilər – Ramil Qasımov (ideya müəllifi), Şahin Musaoğlu (söz), Vüqar Camalzadə (bəstə) daxildir. Mahnını ifa edənlər arasında Mübariz Tağıyev, Tünzalə Ağayeva, Aybəniz Haşımova, Samirə Əliyeva və digər tanınmış sənətçilər yer alır.

Xüsusi olaraq vurğulayaq ki, Zəngəzur tarixi Azərbaycan ərazisi olsa da, rəsmi Bakı beynəlxalq hüquq-nöqteyi nəzərdən bura iddia etmir. Azərbaycan yalnız Naxçıvana quru əlaqəsi üçün Zəngəzur dəhlizini əldə edib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
globalinfo.az

2Mənbələr