AZ

Ulu öndərin neft strategiyası həm də bir siyasi kurs idi- ÖZƏL

"Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasını və mövqeyinin möhkəmlənməsini təmin etdi. Onun "neft strategiyası" yalnız iqtisadi inkişaf planı deyildi, həm də siyasi kurs idi. "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq enerji xəritəsinə çıxışını təmin etdi, ölkəni dünya güclərinin maraq dairəsinə daxil etdi və təhlükəsizlik zəmanəti yaratdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azərbaycanın beynəlxalq təşkilatlara qoşulması, balanslaşdırılmış siyasət yürüdülməsi və qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi müstəqilliyin qorunmasında həlledici rol oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bir çox çıxışlarında öz əksini tapmışdır. Onun "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" fikri bu gün də xalqın milli ideya yolunu işıqlandırır. O, dəfələrlə vurğulayırdı ki, dövlət müstəqilliyi sadəcə siyasi akt deyil, həm də xalqın tarixi qüruru, milli kimliyi və gələcək nəsillərə ən böyük mirasıdır.
Ümummilli lider Heydər Əliyev yalnız bir siyasi xadim deyil, həm də müasir Azərbaycanın banisi, müstəqilliyin xilaskarı və möhkəmləndiricisidir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi süqut təhlükəsindən xilas oldu, sabitlik və inkişaf yoluna qədəm qoydu. Bu gün müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində inkişaf edirsə, bu, ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbinin bəhrəsidir. Onun siyasi irsi və dövlətçilik fəlsəfəsi Azərbaycan xalqının müstəqilliyini qorumaq və gələcəyə inamla addımlamaq üçün ən etibarlı yol xəritəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr