AZ

Kobaxidze: Sabahkı mitinqin məqsədi konstitusiya quruluşuna qarşı çıxmaqdır

“İctimai çağırışlara əsasən, radikal siyasi qüvvələrin elan etdiyi sabahkı mitinqin məqsədi konstitusiya quruluşuna qarşı çıxmaq və onu zorakılıq yolu ilə devirməyə və ya dəyişdirməyə cəhd etməkdir”.


APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.


Onun sözlərinə görə, qanun pozuntularına çox sərt cavab veriləcək.


“Biz heç kimə riskə getməyi və qanuna qarşı çıxmağı məsləhət görmürük”, - Baş nazir əlavə edib.


İ.Kobaxidze bütün siyasi partiya və birlikləri məqsədi Gürcüstanda zorakılıq yolu ilə konstitusiya quruluşunu devirmək və yaxud dəyişmək olan aksiyalardan çəkinməyə çağırıb.


Qeyd edək ki, sabah Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalif qüvvələr Tbilisidə mitinq elan edib. Bildirilir ki, kütləvi aksiyanın məqsədi dinc yolla inqilaba nail olmaqdır.

Seçilən
32
5
apa.az

6Mənbələr