AZ

Belçikada hərbi obyekt üzərində kütləvi dron uçuşu qeydə alındı

Belçikada hərbi obyekt üzərində kütləvi dron uçuşu qeydə alındı

Belçikanın Almaniya sərhədi yaxınlığında yerləşən Elzenborn hərbi bazası üzərində 15 dron müşahidə olunub. Hadisə artıq ordu tərəfindən araşdırılır.

AFN.az xəbər verir ki, bu barədə Belçikanın VRT telekanalı məlumat yayıb.

Bildirilir ki, PUA-ların uçuşu cümə günü gecə saat 01:45 radələrində Elzenborn kəndi ərazisində qeydə alınıb. Burada Belçika ordusunun təlim mərkəzi, poliqonu və hava qüvvələrinin bazası yerləşir. Obyektin sahəsi təxminən 28 kvadrat kilometrdir və Almaniya sərhədindən cəmi 5 km uzaqlıqda yerləşir.

Belçika Müdafiə Nazirliyi dronların peyda olmasını təsdiqləyib. Hərbi mənbələrin bildirdiyinə görə, onlar təsadüfən – pilotsuz aparatların aşkarlanması və izlənməsi üçün nəzərdə tutulmuş sistemin test sınaqları zamanı aşkar edilib. İlkin məlumata əsasən, dronlar Almaniya ərazisindən Belçikaya keçib və Almaniyanın Dyuren şəhərində polis tərəfindən də müşahidə olunub.

Hazırda onların mənşəyi və idarə edilməsi barədə məlumat yoxdur, araşdırma aparılır.

Seçilən
23
afn.az

1Mənbələr