AZ

Biləsuvarda ağır qəza - Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda baş verib.
Yolda hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Seçilən
42
50
oxu.az

10Mənbələr