AZ

İsrail Sumudun sonuncu gəmisini də ələ keçirdi

İsrail Qəzzaya humanitar yardım aparmaq üçün yola çıxan Sumud donanmasının sonuncu gəmisini də ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Sumud donanması məlumat yayıb.
“Sumud donanmasının sonuncu gəmisi olan “Marinette” yerli vaxtla saat 10:29-da (Bakı vaxtı ilə 09:29) Qəzzadan təxminən 42,5 dəniz mili (təxminən 78 kilometr) məsafədə ələ keçirilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı 1 oktyabrda Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb.
Seçilən
6
2
sherg.az

3Mənbələr