AZ

İngiltərədə dəniz sahilində sirli məxluq aşkarlandı

Böyük Britaniyanın Suffolk qraflığında baş verən güclü tufandan sonra dəniz dalğaları sahilə olduqca qeyri-adi, parlaq tüklü sirli bir məxluq çıxarıb. Onu itlə gəzintiyə çıxan bir cütlük aşkar edib.
Oxu.Az bu barədə "The Sun"a istinadla xəbər verir.
Bildirilir ki, dəniz canlısının uzunluğu ən azı 15 santimetr təşkil edib.
"Məxluq, sanki başqa planetdən gəlmiş kimi görünür", - deyə onu tapan kişi vurğulayıb.
Sonradan ekspertlər bu maraqlı canlının "Aphroditidae" ailəsinə mənsub nəhəng dəniz qurdu ola biləcəyini təxmin ediblər. Bu nadir onurğasız canlı, əsasən Aralıq dənizi və Atlantik okeanının dərin sularında məskunlaşır.
Seçilən
13
3
sherg.az

4Mənbələr