ASTARA, 3 oktyabr. TELEQRAF
Astaranın Sım kəndində yaşayan Aliyə və Ruslan Xalıqovlar illər ərzində kənd ərazisində tapdıqları maddi-mədəniyyət nümunələrini öz həyətlərinə toplaylblar.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ər-arvad həmin nümunələri turistlərə və başqa ziyarətçilərə nümayiş etdirirlər.
Həyət muzeyində müxtəlif dövrlərə aid maraqlı eksponatlar yer alır. Onların içərisində ən dəyərli nümunələrdən biri üzərində qayaüstü təsvirlər olan daş parçasıdır.
İndiyədək elmi araşdırmaya cəlb olunmayan bu tapıntılar yaxın vaxtlarda kənddə inşa ediləcək turizm muzey məntəqəsində daha geniş şəkildə sərgilənəcək.