AZ

“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!

Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” Salyan şəhərində yeni mağazasını istifadəyə verdi. Salyan şəhəri, Y.Qasımov küçəsi 7 ünvanında açılan yeni “Nar” mağazasında abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması kimi xidmətlər göstərilir.

Mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də sakinlərlə birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. Bu dəfə də yerli əhali üçün açıq keçirilən tədbir zamanı, “Nar” rəhbərliyi mağazaya gələn müştərilərlə söhbət apararaq, onların istəklərini və gözləntilərini birbaşa özlərindən öyrəndi. Bu addım telekommunikasiya sahəsində ən sərfəli məhsulları yüksək keyfiyyətli xidmətlərlə təqdim etmək məqsədindən irəli gəlir və “Nar”ı regionlardakı müştərilərə daha yaxın edir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Seçilən
26
31
musavat.com

10Mənbələr