AZ

Cinayətkar qrup Ermənistanda 4,5 milyard dramı yuyub

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ölkədə narkotik qaçaqmalçılığı və pul yuyulması ilə məşğul olan cinayətkar şəbəkə ifşa edilib.

Bakıvaxtı.az erməni mətbuatına istinadla bildirir ki, 2022–2025-ci illərdə müxtəlif mənbələrdən ümumilikdə 4 milyard 541 milyon dramdan çox vəsait qanunsuz yollarla əldə olunaraq gizlədilib.

Araşdırmalara əsasən, pullar müxtəlif bank və kredit təşkilatları vasitəsilə ABŞ dollarına çevrilib və digər ölkələrə köçürülüb.

Qeyd edilib ki, cinayət işinə cəlb olunan 22 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, həmçinin onların bank hesablarına və əmlaklarına həbs qoyulub. İş üzrə toplanmış materiallar ittiham aktı ilə məhkəməyə göndərilib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bakivaxti.az

1Mənbələr