AZ

“Kopenhagen”i məğlub edən “Qarabağ” UEFA-dan nə qədər QAZANIB?

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdiyi üçün klub növbəti bonuslar qazanıb. 

Bizim.Media xəbər verir ki, bu qələbə Ağdam klubuna əlavə olaraq 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) zəmanəti verib. 

Eyni məbləği Azərbaycan çempionu “Benfika” ilə (3:2) görüşdə də əldə edib.

Beləliklə, iki turdan sonra “Qarabağ” qazandığı qələbələrə görə UEFA-dan minimum 4 milyon 200 min avro (təxminən 8,4 milyon manat) qazanıb.
 

Davamlı uğurlar daha çox bonuslar gətirəcək. UEFA həmçinin ümumi turnir cədvəlində tutduğu yer üçün ödənişləri, turnirin marketinq komponenti üçün bonusları da klublar arasında bölüşdürəcək.


Xatırladaq ki, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə artıq özünə 18 milyon 620 min avronu (təxminən 37 milyon manat) klubun büdcəsinə əlavə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
3
bizim.media

4Mənbələr