AZ

Tariflər hər zaman bazar reallığını tam əks etdirmir - “Azəriqaz”

Təbii inhisar dünyada yüksək kapital tutumu olan sahələrdə ola bilər. "Azəriqaz" İstehsalar Birliyi - təbii inhisarçı olaraq öz rolumuzu, məsuliyyətimizi bilirik.

Modern.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev deyib.

O bildirib ki, tariflər hər zaman bazar reallığını tam əks etdirmir:

“Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur. Bu isə uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək. Liberal bazara keçid hər ölkədə fərqli ola bilər. Sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və investisiya imkanlarını məhdudlaşdıra bilər. Amma biz sosial öhdəliklərə xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmlidir".

Seçilən
17
2
modern.az

4Mənbələr