AZ

Britaniya sinaqoqa hücumdan sonra Fələstin etirazını ləğv etməyə çağırdı

Ajans.az xəbər verir ki,Daxili işlər naziri Şabana Mahmud aksiya iştirakçılarına çağırış edərək, yəhudi icmasına başsağlığı vermək və baş verənləri araşdırmaq üçün bir neçə günlük “geri çəkilmə”yə ehtiyac olduğunu bildirib. Hadisə Mançesterin Heaton Park ərazisindəki Yəhudi İcması sinaqoqunun yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, bir nəfər avtomobili piyadaların üzərinə sürüb, daha sonra isə bıçaqla hücum edib. Nəticədə iki nəfər həlak olub. Polis hadisəni törədən şəxsin 35 yaşlı Suriya əsilli Böyük Britaniya vətəndaşı Cihad əl-Şamiye olduğunu açıqlayıb. O, hadisə yerində silahlı polis tərəfindən zərərsizləşdirilərək öldürülüb. Etiraz aksiyası “Münsiflərimizi qoruyun” təşkilatı tərəfindən təşkil olunub. Aksiya iyul ayında Böyük Britaniya hökumətinin “Fələstin Fəaliyyəti” adlı Fələstin tərəfdarı qrupunu terror təşkilatı kimi tanıyaraq qadağan etməsinə etiraz məqsədi daşıyır. Həmin qərardan sonra ölkə üzrə bu qrupa dəstək məqsədilə bir neçə aksiya keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadağanın pozulması ilə əlaqədar 1500-dən çox şəxs, əsasən yaşlı insanlar saxlanılıb.

 

Seçilən
46
Ajans.az

1Mənbələr