AZ

Keçmiş döyüşçü: “Messi UFC-də də uğur qazana bilərdi”

Keçmiş UFC döyüşçüsü Xorxe Masvidal hesab edir ki, əgər ulduz futbolçu Lionel Messi qarışıq döyüş növləri ilə məşğul olsaydı, bu sahədə uğur qazana bilərdi.

İdman.biz xəbər verir ki, Masvidal bu barədə “Sports Business Journal”a açıqlamasında deyib.

İdmançının fikrincə, argentinalı futbolçuda MAA-da (Qarışıq döyüş sənəti – red) çıxış etməyə imkan verəcək fiziki göstəricilər və intizam var.

Xorxe əlavə edib ki, Messi fenomenal idmançıdır: "O, bu dünyada yaşamış ən intizamlı insanlardan biridir. Bədən quruluşu əladır, amma döyüş başqa şeydir. Tanrının ona bəxş etdiyi fiziki imkanlar və onun düşüncə tərzi ilə əminəm ki, bu işə ciddi yanaşsaydı, habelə kifayət qədər vaxt ayırsaydı, çox şey göstərə bilərdi”.

İdman.biz

Seçilən
41
1
idman.biz

2Mənbələr