AZ

Telefonun bu məkanlarda şarj edilməsi TƏHLÜKƏLİDİR

İctimai yerlərdə telefonun şarj edilməsi təhlükəli ola bilər.

Publika.az milli.az-a istinadən xəbər verir ki, ticarət mərkəzlərində, hava limanlarında və digər ictimai yerlərdə smartfonların USB-portlar vasitəsilə şarj edilməsi təhlükəli ola bilər.

Bu barədə "Roskaçestvo"nun rəqəmsal ekspertiza mərkəzinin rəhbəri Sergey Kuzmenko xəbərdarlıq edib.

Ekspert bildirib ki, əsas təhlükə USB-portun özündədir. Kiberhücumçular şarj cihazına gizli avadanlıq quraşdıra bilər ki, bu avadanlıq flaş-disk və ya klaviatura kimi görünərək smartfona qoşulduqda zərərli proqram təminatının quraşdırılmasına və şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.

Seçilən
14
5
publika.az

7Mənbələr