AZ

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

3 oktyabr saat  22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaqdır.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur. 

Seçilən
32
35
unikal.az

10Mənbələr