AZ

Fransada həmkarlar ittifaqının etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Oktyabrın 2-də Fransada həmkarlar ittifaqının təşəbbüsü ilə keçirilən etiraz aksiyalarında təxminən 195 min insan iştirak edib.

News365.az “France 24”ə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fransa Ümumi Əmək Konfederasiyası isə etirazçıların sayını 600 min olaraq göstərib və ölkə üzrə 200-ə yaxın nümayişin təşkil olunduğunu bildirib. Etirazçılar hökumətin sərt iqtisadi tədbirlərinə etirazlarını ifadə ediblər.

Daxili İşlər Nazirliyi qeyd edib ki, bu dəfəki aksiyalarda iştirakçı sayı sentyabrın 18-də keçirilən etiraz aksiyası ilə müqayisədə az olub. Həmin gün Fransanın müxtəlif şəhərlərində küçələrə çıxanların sayı 505 min, Parisdə isə 55 min nəfər təşkil etmişdi.

Etirazlar Marsel, Lion, Bordo, Tuluza, Nant, Renn və digər iri şəhərlərdə də baş tutub. Aksiyaların təhlükəsizliyini təmin etmək üçün 76 min polis və jandarm cəlb olunub.

Seçilən
21
news365.az

1Mənbələr