AZ

Türkiyə Trampın tələbini yerinə yetirməkdən İMTİNA ETDİ

Türkiyədə Rusiya neftinin alınması özəl neftayırma zavodları və distribyutorların qərarları əsasında həyata keçirilir. 

Olaylar.az xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar ABŞ prezidenti Donald Trampın Rusiyanın enerji resurslarının alışını dayandırmaq çağırışına münasibət bildirərkən deyib.

"Əslində bu, özəl şirkətlərin, distribyutorların və neftayırma zavodlarının qərarıdır", - nazir vurğulayıb.

Bayraktar bildirib ki, Ankara Rusiyadan təbii qaz idxalını davam etdirəcək, çünki bu, əhalinin ehtiyaclarının ödənilməsi üçün həyati əhəmiyyət daşıyır.

"Biz vətəndaşlarımıza ''qaz yoxdur" deyə bilmərik. Rusiya ilə razılaşmalarımız var. Qarşıdan qış gəlir, qazı Rusiyadan, Azərbaycandan və Türkmənistandan almalıyıq", - energetika naziri əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr