AZ

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) hibrid hərəkətlər adlandırılan ittihamlar üzrə Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Aİ Şurasından verilən açıqlamaya görə, Rusiyanın iddia edilən "hibrid aktivliyinin davam etməsi" ilə bağlı məhdudiyyətlər 2026-cı il oktyabrın 9-dək uzadılıb.
Bu sanksiya mexanizmi Aİ-nin Rusiyaya qarşı əsas sanksiyalar paketinə əlavə olaraq ötən il oktyabrın 8-də tətbiq edilib. Bura 47 fiziki şəxs və 15 təşkilatın aktivlərinin dondurulması və Aİ-yə girişlərinin qadağan edilməsi daxildir.
Seçilən
32
6
oxu.az

7Mənbələr