AZ

6 turda 1 qol buraxan qapıçı “qızıl xırdaladı”, “Çelsi”ylə “Qarabağ”ın adını çəkdi

“Məşqçilər heyəti rəqibi analiz edəndən sonra bizə lazım olan tapşırıqları verəcək. Biz də buna uyğun addım atacağıq”.

“İmişli”nin futbolçusu Andrey Sinenko Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”la qarşıdakı oyun barədə danışıb.

Mövsümün sürpriz komandası olan aran təmsilçisi ilk turda “Turan Tovuz”a uduzandan bu yana yenilginin nə olduğunu bilmir.

Bu müddətdə “Sabah”la “Sumqayıt”ı məğlub edib (texniki məğlubiyyəti nəzərə almasaq – H.), “Neftçi” və “Zirə” kimi rəqiblərlə bərabərə qalıb.

Sırada daha bir iddialı “Araz-Naxçıvan”dır.

Maraqlıdır, belaruslu qapıçı bu oyundan nə gözləyir? Hansı nəticəyə ümid edir?:

“Nəticələrə əsasən kollektivdə sağlam ruh, xoş əhval-ruhiyyə var. “Araz-Naxçıvan” sürətli, hücumlarda təhlükə yarada bilən rəqibdir. Bunları bilirik.

Bizim də məqsədimiz var. Qapımızın toxunulmazlığını qoruyaraq, hücumlarda məhsuldarlıq göstərmək. Məqsədimiz dəyişməz qalır – qələbə qazanmaq. Meydana istəksiz və ya qələbə arzusu olmadan çıxan insanları başa düşə bilmirəm.

Hansı rəqibə qarşı oynamaq fərq etmir. İstər “Qarabağ” olsun, istər “Mançester Siti”, yaxud “Çelsi” – hədəf qələbə olmalıdır. Rəqib yalnız statusuna görə səni üstələyir. Lakin mübarizə aparan, top dalınca qaçan 22 nəfərin hamısı eyni statusdadır - futbolçudur.

Ona görə də “Araz-Naxçıvan”la oyunda istədiyimiz nəticəni qazana biləcəyimizi düşünürəm. Xarakter göstərmək, ustalıq nümayiş etdirmək və qarşına hədəf qoymaq lazımdır, vəssalam”.

Bu gün “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Maraq üçün bildirək ki, Sinenko cari mövsümdə meydana çıxdığı 6 matçda qapısından cəmi 1 top buraxıb.

HƏBİB

Seçilən
10
sportinfo.az

1Mənbələr