AZ

Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb.
Oxu.Az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiət Fondunun (WWF) dəstəyi ilə 2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.
"Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında" 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samur və Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13 966 ha sahədə isə İlisu Milli Parkı yaradılıb".
Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.
Seçilən
62
8
oxu.az

9Mənbələr