AZ

“Qarabağ”a qol vura bilmədim, bu məsuliyyəti öz üzərimə götürürəm”

"Kopenhagen"in (Danirmarka) futbolçusu Muhamed Elyunussi Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ"a məğlubiyyəti (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, Norveç millisinin 31 yaşlı vingeri klubun saytına açıqlamasında Ağdam komandasının onlardan üstün olduğunu etiraf edib.

O deyib:

“Təbii ki, çox zəif bir çıxışdan sonra məyusam. Elə bilirəm ki, biz oyunu birinci hissədə uduzduq.

Rəqibdən daim yarım saniyə geridə idik, havada və yerüstü mübarizələrdə də onlar qalib gəlirdilər.

Onlar bizdən daha çevik və sürətli hərəkət edirdilər. Qalib gələ bilməli olduğumuz oyunda uduzmaq çox məyusedicidir.

Onların göstərdiyi pressinq bizi təəccübləndirmədi. Buna görə də biz adət etdiyimizdən fərqli oynamamağa çalışdıq, amma bu, uğurlu alınmadı.

Onlar hesabı açandan dərhal sonra əldə etdiyim yaxşı imkandan yararlana bilmədim, bu məsuliyyəti öz üzərimə götürürəm.

İkinci hissədə daha sərbəst oynadıq. Çünki itirəcək bir şeyimiz yox idi və kifayət qədər qol şansı da yaratdıq.

Bir qol vura bilsəydik, oyunu xeyrimizə çevirə bilərdik. Amma ümumilikdə rəqib layiqli qələbə qazandı".

Seçilən
11
3
sportinfo.az

4Mənbələr