AZ

Suala cavab verməyən nazir işdən qovuldu

“Bir həftə əvvəl vəzifəyə təyin edilmiş Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus “Krım kimindir” sualına cavab vermədiyi üçün işdən çıxarılıb”.

Turkustan.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

“Ailəmin xatirinə və cəmiyyətin mövqeyini nəzərə alaraq, hökuməti dağıtmamaq üçün deyə bilərəm ki, mədəniyyət naziri vəzifəsindən istefa verirəm”, – deyə İqnotas Adomaviçyus qeyd edib.

Qeyd edək ki, oktyabrın 3-də Adomaviçyus Krım yarımadası ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.

Jurnalist məmurdan Krımı hansı ölkənin bir hissəsi hesab etdiyini soruşub. Nazir bir qədər ara verib və sualı “təxribat” adlandırıb./Globalinfo.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr