AZ

Putin: Rus qadınlarını belə görmək məni məmnun edir

Rusiyalı qadınlar Prezident Vladimir Putinin Valdayda çıxışından sonra kütləvi şəkildə kokoşnik almağa başlayıblar.
Teleqraf xəbər verir ki, “Shot Proverka” məlumat yayıb.
“Prezidentin rus xalq geyimləri barədə açıqlamasından sonra kokoşnik sifarişlərinin sayı kəskin şəkildə artıb. Satıcılar kütləvi şəkildə qadınlardan sifariş almağa başlayıblar. Ən çox satılanlar müasir tərzdə hazırlanmış qırmızı kokoşniklərdir”, - məlumatda deyilib.

Qeyd edək ki, bundan əvvəl “Valday” Diskussiya Klubunun iclasında çıxış edən Putin rus qadınları kokoşnik geyinən görməkdən məmnun olduğunu bildirib.

“Rusiya cəmiyyəti yetkin və güclüdür, bunu onun milli adət-ənənələrə və geyimlərə olan marağı sübut edir. Rusiyada qızlar bütün tədbirlərə kokoşnik və rus geyimləri ilə gəlirlər. Bu, məni məmnun edir. Bu o deməkdir ki, Rusiya cəmiyyətini daxildən korlamaq cəhdlərinə baxmayaraq, rəqiblərimiz heç bir nəticə əldə etmirlər”, - Rusiya lideri qeyd edib.
Seçilən
8
4
sherg.az

5Mənbələr